Danimarka Ukraynaya artilleriya qurğuları verəcək
Danimarka Müdafiə Nazirliyi yaxın həftələrdə Ukraynaya özünün istehsalı olan “Sezar” özüyeriyən artilleriya qurğuları vermək niyyətindədir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.
“Bu ilin əvvəlində Danimarka özünün bütün “Sezar” artilleriya sistemlərini Ukraynaya vermək qərarına gəlib. Hazırda ukraynalılar da texniki xidmət üzrə təlimləri başa vurublar və bu sistemləri qəbul etməyə hazırdırlar. Artilleriya sistemlərinin yaxın həftələrdə Ukraynaya çatdırılacağı gözlənilir”,- məlumatda qeyd olunub.
Tunar Altunbay