Bayden ABŞ-da məxfi məlumatların qorunmasını sərtləşdirdi

 21:25 14.04.2023     490

ABŞ hökuməti Pentaqonun hazırkı sızması fonunda ABŞ hökumət işçilərinin məxfi məlumatlara çıxışını məhdudlaşdıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin cümə günü dərc etdiyi yazılı bəyanatda deyilir.

Sənəddə deyilir:

“Mən ordumuza və kəşfiyyat ictimaiyyətimizə məxfi məlumatların təhlükəsizliyini gücləndirmək və onun yayılmasını məhdudlaşdırmaq üçün addımlar atmağa göstəriş vermişəm. Bizim milli təhlükəsizlik komandamız tərəfdaşlar və müttəfiqlərlə sıx əməkdaşlıq edir”.

Tunar Altunbay