Bu ölkədə uşaqlara da evtanaziyaya icazə verildi

 22:14 14.04.2023     452

Hollandiya hökuməti dözülməz dərəcədə əziyyət çəkən və sağalma şansı olmayan 1-12 yaş arası uşaqlar üçün evtanaziyaya icazə verilməsi ilə bağlı razılığa gəlib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə sözügedən ölkənin hökumətinin yaydığı press-relizdə deyilir.

“Söhbət sağalmaq ümidi olmadan dözülməz iztirablar çəkən, palliativ müalicəsi onların əzablarını yüngülləşdirməyə imkan verməyən və yaxın gələcəkdə ölümü qaçınılmaz olan ümidsiz xəstə uşaqlardan ibarət kiçik qrupdan gedir”,- deyə Niderlandın . səhiyyə, rifah və idman naziri Ernst Keypers parlamentdə çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə bu məsələ cəmiyyətdə çoxdan müzakirə olunur: 

Hazırda evtanaziya ilə bağlı xüsusi protokol bir yaşa qədər ölümcül xəstələrə şamil edilir. 12 yaşdan yuxarı uşaqlar ümumi qaydalara uyğun olaraq könüllü olaraq həyatı tərk etmək qərarına gələ bilərlər. 1 yaşdan 12 yaşa qədər olan qrup əhatə olunmayıb. Ehtimal olunur ki, zəruri qanunvericilik dəyişiklikləri edildikdən sonra xüsusi protokol ona da şamil olunacaq".

Nazir vurğulayıb ki, evtanaziya uşağı əzabdan xilas etmək üçün yeganə şans olduqda mümkün olacaq: 

“Söhbət ölümləri qaçılmaz olan və tezliklə öləcək uşaqlardan gedir".

Tunar Altunbay