Türkiyədə yenidən güclü zəlzələ baş verdi

 14:24 15.04.2023     383

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.