Sudanda BMT-nin təyyarəsi vuruldu

 19:45 15.04.2023     480

Xartum Beynəlxalq Hava Limanında Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən toqquşmalarda Birləşmiş Millətlər Təşkilatına məxsus təyyarə tamamilə məhv edilib.

Redaktor.az TASS-a istinadla bildirir ki, onun gövdəsinin parçalandığı və yandığı bildirilib.

Təyyarənin hansı tərəfin hərəkətləri nəticəsində məhv edilməsi dəqiqləşdirilməyib.