Nazir qəzada öldü - VİDEO
Pakistanın dini işlər naziri müfti Əbdül Şakur paytaxt İslamabadda baş verən yol qəzasında ölüb.
Redaktor.az xəbər verir ki, yerli medianın məlumatına görə, axşam saatlarında İslamabadda bir avtomobil nazir Şakurun maşınına çırpılıb.
Qəzada ağır yaralanaraq xəstəxanaya çatdırılan Şakuru bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.
Prezident Arif Alvi və baş nazir Şahbaz Şərif yol qəzasında həyatını itirən Şakur üçün başsağlığı verib.