Sudanda silahlı toqquşmalarda təlafatın sayı artdı

 09:20 16.04.2023     301

Sudanda toqquşmalar nəticəsində ölənlərin sayı 56-ya çatıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi bazar günü tviterdəki hesabında bildirib.

Qeyd edilir ki, toqquşmalar zamanı daha 595 nəfər yaralanıb.

Məlumata görə, təkcə Xartumda 25 nəfər həlak olub, 302 insan yaralanıb. Ölənlər arasında həm mülki şəxslər, həm də hərbçilər var.

Daha əvvəl məlum olub ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi, aprelin 17-də Sudanda vəziyyətin gərginləşməsini müzakirə edəcək.