Yaponiyada vertolyot qəzasında ölənlərin cəsədi tapıldı

 09:45 16.04.2023     309

Yaponiyada Miyako adasında aprelin 6-da qəzaya uğrayan hərbi vertolyotun heyət üzvlərindən 5-nin cəsədi aşkarlanıb.

Redaktor.az xəbər verir ki, axtarış qrupu qəzaya uğrayan vertolyotun qalıqlarını da tapıb.

 

Qeyd edək ki, Yaponiya ordusunun 8-ci diviziyasının komandiri də daxil olmaqla, vertolyotun göyərtəsindən 10 nəfər olub. Vertolyot Miyako adasında patrul xidməti üçün havaya qalxıb. Həmin vaxt hava şəraiti normal olub.