Türkiyədə yenə zəlzələ oldu

 11:41 16.04.2023     392

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Dulkadiroğlu rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.