Bavariyanın baş naziri AES-lərin yenidən işləməsini tələb etdi

 12:18 16.04.2023     370

“Bavariya federal əyaləti Almaniyanın nüvə enerjisindən imtina etməsinə baxmayaraq, öz ərazisində atom elektrik stansiyalarını işlətmək istəyir”.

Redaktor.az xəbər verir ki, bunu Bavariya federal əyalətinin baş naziri Markus Söder deyib.

O, böhranın sonuna və bərpa olunan enerji mənbələrinə uğurlu keçidə qədər müvəqqəti icazə verilməsini təklif edib.

Onun sözlərinə görə, region öz ərazisindəki atom elektrik stansiyalarının – “İsar-2” stansiyasının istismarına müstəqil şəkildə cavabdeh olacaq.

“Hökumət dərhal üç atom elektrik stansiyasının yenidən işə salınması üçün fövqəladə vəziyyət planını təqdim etməlidir. Kim “svetofor koalisiyası” kimi (Sosial Demokratlar, Yaşıllar və Azad Demokrat Partiyasının hakim ittifaqı) gələn qışın da əvvəlki kimi mülayim keçəcəyinə ümid edirsə, Almaniya kimi sənaye ölkəsi üçün son dərəcə sadəlövh və diqqətsiz davranır”.

Qeyd edək ki, Almaniyada son üç atom elektrik stansiyası olan “İsar-2”, “Nekkarvestheim-2” və “Emsland” elektrik şəbəkəsindən ayrılıb (report).