“YouTube” “Vaqner” təbliğatına imkan verir

 22:05 16.04.2023     325

“YouTube” platforması Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) təbliğ edən videolar yerləşdirməyə imkan verir.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri

Videoservisdə və sosial şəbəkələrdə “Vaqner” qrupunu - Ukraynada və digər ölkələrdə zorlama, işgəncə və qətldə ittiham olunan muzdluları tərənnüm edən onlarla təbliğat videosu ortaya çıxır.

Bir sıra hərbi cinayətlər törətməkdə ittiham olunan hərbi birləşməni təbliğ etməklə yanaşı, bu videolar döyüş sursatı üçün pul toplayır və hətta tamaşaçıları bir sıra Qərb hökumətləri tərəfindən sanksiyaya məruz qalan qrupa qoşulmağa təşviq edir.

“YouTube”da zorakı ekstremist və ya cinayətkar təşkilatları tərifləyən, təbliğ edən və ya onlara kömək edən məzmun yasaqdır. “Google” ABŞ-nin sanksiya qanunlarına əməl etməyə sadiqdir və xidmət şərtlərinə baxmayaraq, öz siyasətinə malikdir”, - “YouTube” sözçüsü bildirib.