Berluskoni reanimasiyadan çıxdı

 23:39 16.04.2023     277

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milanın San Raffaele xəstəxanasının reanimasiya şöbəsindən çıxıb və adi palataya köçürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

86 yaşlı Berluskoni ağciyər infeksiyası ilə xəstəxanaya yerləşdirildikdən sonra 12 gün reanimasiyada yatıb.

Bazar günü həkimlər köçürülmənin Berluskoninin klinik vəziyyətindəki “davamlı yaxşılaşma” sayəsində mümkün olduğunu söyləyib. İndi o, adi xəstəxana palatasında qalacaq.

Xatırladaq ki, daha öncə həkimlər İtaliyanın keçmiş baş nazirinin bir müddətdir ki, leykoz xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.