Qərb şirkətləri Rusiyadan getməyib

 23:52 16.04.2023     304

Qərb şirkətlərinin böyük əksəriyyəti Rusiya bazarını tərk etmək niyyətlərini bəyan etmələrinə baxmayaraq, bunu etməyiblər.

Redaktor.az "The Washington Post"a istinadən bildirir ki, İsveçrənin Sent Qallen Universiteti Qərb şirkətlərinin yalnız 9 faizinin Rusiyanı tərk etdiyini hesablayıb.

Oxşar məlumatları Kiyev İqtisadiyyat Məktəbi də təqdim edib. Bildirilir ki, 3000 təşkilatdan yalnız 211-i Rusiyanı tərk edib. 468 Qərb şirkəti Rusiya bazarını tərk etidklərini bəyan etsələr də, aktivlərin geri alınması proseduruna belə başlamayıblar.

Ukraynalı ekspertlər hesablayıblar ki, Rusiya bazarında çıxdığını elan edən, lakin vədinə xilaf çıxan bu 468 şirkət 300 milyard dollardan çox gəlir əldə edib və ölkə büdcələrinə 24 milyard dollar vergi ödəyib.