Həbs edilməsi Trampa 15,4 milyon QAZANDIRDI

 09:58 17.04.2023     350

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu Yorkdakı böyük münsiflər heyətinin ona maliyyə sənədlərinin saxtalaşdırılması işində ittiham edilməsinə səs verməsindən sonra iki həftə ərzində kampaniya üçün 15,4 milyon dollar alıb.

Redaktor.az xəbər verir ki, bu barədə bazar günü CNN Trampın seçki qərargahına istinadən məlumat yayıb.

Tramp nümayəndələrinin fikrincə, ianələrin bu qədər artması ona qarşı ittihamlar irəli sürüldükdən sonra tərəfdarların eks-prezidentin ətrafında necə toplaşdığını göstərir.

Kanalın qeyd etdiyi kimi, hüquqi problemlər Trampa həm siyasi, həm də maliyyə baxımından xeyir verib.

Daha əvvəl bildirilib ki, Tramp Manhettenin vəkili Alvin Braqqın ona qarşı görünməmiş siyasi repressiyaya başlamasından sonra 24 saat ərzində 4 milyon dollardan çox vəsait toplayıb.

Elon Mask Trampın saxlanmasının onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən seçilməsinə töhfə verəcəyini deyib.

Xatırladaq ki, martın 30-da Nyu Yorkda böyük münsiflər heyəti Trampı pornoqrafik aktrisa Stormi Danielsə pul ödəməsində Trump Organization-un maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə ittiham etmək üçün səs verib.

Tunar Altunbay