Qazaxıstanda güclü qaz partlayışı

 10:45 17.04.2023     399

Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində qaz balonu partlaması nəticəsində ikimərtəbəli evin girişi uçub, 11 nəfər xəsarət alıb.

Redaktor.az  xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün, aprelin 17-də yerli vaxtla səhər saat 5 radələrində Janaozen şəhərinin 2-ci mikrorayonunda iki girişli 12 mənzilli 2 mərtəbəli yaşayış binasında qaz balonu partlayıb. İlkin məlumatlara görə, 13 nəfər xəsarət alıb, 1 nəfər ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib, 7 nəfər evə buraxılıb. Digər xəsarət alanlardan iki nəfər reanimasiyadadır. Üç nəfər travmatologiya şöbəsinə yerləşdirilib", - mənbə bildirib.

Zərərçəkənlər arasında uşaqlar da var, onlar ambulator müalicəyə göndərilib.

Hadisənin səbəbləri və şəraiti müəyyən edilir. Dağıntıların yerindəcə çıxarılması istiqamətində əməliyyat işlərinə 50-dən çox xilasedici, kinoloji briqada, 10 texnika, təcili tibbi yardım maşınları və yerli icra hakimiyyəti orqanları cəlb olunub."

Arzu İSMAYIL