Bu ölkədə naməlum xəstəlik yayılır-  4 ölü

 10:19 17.04.2023     332

Keniyanın Kakameqa bölgəsində səbəbi bilinməyən xəstəlikdən 4 nəfər dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu haqda Keniya Səhiyyə nazirliyi açıqlama verib.

Açıqlamada 627 nəfərin epidemiyaya məruz qaldığı, bu şəxslərin 7 ayrı sağlamlıq mərkəzində müalicə olunduğu deyilib.

Xəstəliyin qızdırma, qarın ağrısı, qusma və ishal kimi əlamətlərinin olduğu qeyd olunub.

Epidemiyaya görə iki məktəbdə tədris dayandırılıb.

Xəstəliklə bağlı araşdırmaların davam etdiyi bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən