“Ermənistan Suriyanın bərpasına töhfə verməyə hazırdır”- Paşinyan

 12:16 17.04.2023     382

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın Müstəqillik Günü münasibətilə prezident Bəşər Əsədə təbrik ünvanlayıb.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Nazirlət Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“İki xalq arasında əsrlərin dərinliklərindən gələn və tarixi sınaqlarla möhürlənmiş dostluq ölkələrimizin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinin əsasını təşkil edəcək”, - Baş nazir bildirib.

Paşinyan əmindir ki, Suriya dağıdıcı zəlzələnin nəticələrini və ölkənin üzləşdiyi digər çağırışları aradan qaldırmaq üçün kifayət qədər gücə və dözümə malikdir. O, Ermənistanın Suriyanın bərpasına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Suriyanın həmsərhəd rayonlarında da ciddi ziyandan sonra Ermənistan üç partiya humanitar yardım, ümumi çəkisi - 87 tondan çox, habelə xilasetmə qrupu SAR-a erməni mütəxəssislər Hələbdə axtarış-xilasetmə əməliyyatları həyata keçirib.

Arzu İSMAYIL