Ermənistanda 2 rus hərbçisi qəzaya düşdü

 11:59 17.04.2023     312

Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının iki hərbçisi Qoris yaxınlığında “Nor Zəngər” adlanan ərazidə qəzaya düşüb.

Redaktor.az "Sputnik Ermənistana" istinadla xəbər verir ki, hadisə bazar günü günorta saatlarında Sünik rayonunda iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hər iki minik maşınında olan sərnişinlər - 102-ci bazanın hərbçiləri 46 yaşlı Rusiya Federasiyası vətəndaşı Sergey S. və Sünik rayon sakini 24 yaşlı Erik A. bədən xəsarətləri ilə Qoris Tibb Mərkəzinə yerləşdiriliblər.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən