Slovakiya Ukraynaya daha 13 qırıcı göndərdi

 12:12 17.04.2023     224

Slovakiyanın Müdafiə Nazirliyi vəd edilmiş bütün MiQ-29 qırıcılarının Ukraynaya təhvil verildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi “Pravda” qəzeti yazıb.

"Köçürmə yerdə mümkün olan ən yüksək təhlükəsizlik şəraitində həyata keçirilib. Bütün iştirakçılara minnətdarlığımı bildirirəm, çünki belə hallarda bu, həqiqətən də vacib və mürəkkəb logistik əməliyyatdır", - Müdafiə naziri Yaroslav Nad deyib.

Martın 22-də Slovakiya Müdafiə Nazirliyi bildirib ki, ukraynalı mütəxəssislər Kiyevə hədiyyə edilən MiQ-29 qırıcılarının qəbulu üzərində işləyirlər.  Martın 23-də "ChTK" xəbər agentliyi ötən il ölkənin Hərbi Hava Qüvvələrindən çıxarılan 13 qırıcıdan ilk 4-nün təhvil verildiyini açıqlayıb. Öz növbəsində, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət TASS-a bildirib ki, bunu Slovakiyanın Rusiya istehsalı olan silahların təkrar ixracı ilə bağlı beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması hesab edir.

Tunar Altunbay