Ukraynada daha 590 Rusiya hərbçisi MƏHV EDİLDİ

 13:22 17.04.2023     319

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 182660 (+590) nəfər canlı qüvvəsi, 3660 (+3) tank, 7087 (+4) ədəd zirehli döyüş maşını, 2804 (+9) ədəd artileriya sistemi, 538 (+0) reaktiv yaylım atəşi sistemi, 285 (+1) hava hücumundan müdafiə sistemi, 308 (+0) təyyarə, 293 (+0) helikopter, 2347 (+8) PUA, 911 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5672 (+6) avtomobil texnikası və avtosistern, 328 (+2) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2