İranın vitse-prezidenti istefa verdi

 13:55 17.04.2023     290

İranın vitse-prezidenti Məsud Mirkazemi istefa verib.

Redaktor.az bildirir ki, bunu İran hökumətinin mətbuat katibi Əli Bahaduri Cahromi deyib.

Onun sözlərinə görə, M.Mirkzaemi səhhətində yaranan problemlərə görə vəzifədən ayrılıb.

İran Prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin aprelin 17-də keçirilən iclasında bildirib ki, ictimaiyyət və mətbuat M.Mirkazeminin işdən çıxmasını problem kimi dəyərləndirməməlidir: “Hökumət onun təcrübəsindən istifadə edəcək” (report).