ABŞ rəsmilərinin Twitter mesajlarına tam çıxışı olub

 14:15 17.04.2023     269

ABŞ səlahiyyətliləri Twitter istifadəçilərinin şəxsi mesajlarına tam çıxış əldə ediblər.

Redaktor.az xəbər verir ki, bu fikri İlon Mask “Fox News” telekanalının aparıcısı Taker Karlsona müsahibəsində bildirib.

Müsahibədən bir fraqment bazar günü Karlsonun Twitter səhifəsində dərc edilib.

Maskın sözlərinə görə, dövlət orqanlarının Twitter-də baş verən hər şeyə tam çıxışı olub. Aparıcının bura sosial şəbəkə istifadəçilərinin şəxsi mesajları daxildirmi sualına sahibkar müsbət cavab verib.

Mask süni intellektin təhlükəli olduğu və sivilizasiyanı məhv etmək potensialına malik olduğu fikrini də ifadə edib.

Tunar Altunbay