Rusiyada terror planlaşdıran İŞİD liderlərindən biri SAXLANILDI

 14:30 17.04.2023     300

Rusiya Federal Thlükəsizlik Xidməti (FTX) Moskva vilayətində və Novosibirskdə terror aktları planlaşdıran İŞİD liderlərindən birini ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a FSB-nin Moskva və Moskva vilayəti üzrə mətbuat xidmətindən məlumat verilib.

“Rusiya FTX-sı İŞİD-in liderlərindən olan Tacikistan vətəndaşı,1989-cu il təvəllüdlü Nazarov T.M-ni saxlayıb. Nəzərov T.M.-nin Moskva vilayətinin ərazisində və Novosibirskdə insanların sıx toplaşdığı yerlərdə, o cümlədən Rusiya Dəmir Yollarının obyektlərində kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə təxribat və terror aktları törətmək məqsədi ilə terror qruplaşması yaratdığını müəyyən edib.

Mətbuat xidməti qeyd edib ki, dəstə rəhbəri Tacikistan vətəndaşlarını İŞİD-in cərgəsinəa cəlb edib, həmçinin qanunsuz olaraq partlayıcı qurğuların, odlu silahların və döyüş sursatlarının hazırlanması, alınması və saxlanmasını təşkil edib. "Rusiya FTX xarici tərəfdaşlarla qarşılıqlı əlaqə nəticəsində Suriya Ərəb Respublikası ərazisində Nazarov T.M.-ni müəyyən edərək saxlayıb, sonra o, Rusiyaya aparılıb. Beləliklə, qeyd olunan terror qruplaşmasının fəaliyyəti ləğv edilib. Aparılan istintaq hərəkətləri zamanı T.M.Nəzərovun təqsirinə dair dolğun sübutlar toplanıb”,- deyə FTX əlavə edib.

Hazırda o, ömürlük həbsə və 1,5 milyon rubl cəriməyə məhkum edilib.

Tunar Altunbay