Qazaxıstan Taliban diplomatlarını akkreditə etdi

 15:14 17.04.2023     358

Qazaxıstan Xarici İşlər Nazirliyi Əfqanıstanın hazırkı hakimiyyət orqanlarının Astanadakı diplomatlarını akkreditasiya etmək tələbinə müsbət reaksiya verib.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

“Əfqanıstanın yeni administrasiyasının diplomatların akkreditasiyası ilə bağlı müraciətinə cavab olaraq biz müsbət qərar qəbul etdik",- Simadiyarov qeyd edib.

Smadiyarov vurğulayıb ki, 2021-ci ilin avqustunda əvvəlki hökumətin devrilməsi ilə Əfqanıstanda hakimiyyət boşluğu yaranıb.

"Əfqanıstanın xaricdəki səfirlikləri bu dövləti təmsil etməyi dayandırıb. Vəziyyət mürəkkəbdir, lakin unikal deyil. Tarix bir sıra ölkələrdə hakimiyyət dəyişikliyinə dair çoxlu nümunələr bilir ki, bu da yeni hakimiyyətin legitimliyi məsələsini doğurur",- o deyib. 

Tunar Altunbay