Rusiya Silahlı Qüvvələrində 1 il qulluq edənlərə vətəndaşlıq veriləcək

 19:10 17.04.2023     715

Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlamış əcnəbilərə Rusiya vətəndaşlığının verilməsi imkanını nəzərdə tutan vətəndaşlıq haqqında əsas qanunun prezidentinin layihəsinə düzəlişi dəstəkləyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, azı 1 il Rusiya ordusunda xidmət edənlərə vətəndaşlıq veriləvək.

Komitənin qəbul üçün tövsiyə etdiyi düzəlişlər cədvəli bazar ertəsi Dumanın məlumat bazasında dərc olunub.

Sənədə əsasən, Rusiya Federasiyasının Silahlı Qüvvələrində, digər qoşunlarında və ya hərbi birləşmələrində azı bir il müddətinə xidmət etmək üçün müqavilə bağlamış əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan şəxs Rusiya Federasiyasının vətəndaşlığına qəbul üçün müraciət etmək hüququna malikdir.

Xatırladaq ki, hazırda Rusiyada daimi 5 il yaşamış şəxslərə Rusiya Federasiyasının vətəndaşlığı verilir.

Tunar Altunbay