Britaniya parlamentində Baş nazirlə bağlı təhqiqata BAŞLANILDI

 19:34 17.04.2023     369

Böyük Britaniya parlamentinin standartlar üzrə komissarı Daniel Qrinberq Böyük Britaniyanın baş naziri Rişi Sunakla bağlı araşdırmaya başlayıb.

Redaktor.az "The Daily Telegraph"a istinadən bildirir ki, parlament ombudsmanının saytında yayılan siyahıdan da göründüyü kimi, prosesə aprelin 13-də başlanılıb və yoxlamanın özü də hökumət başçısının iqtisadi maraqlarını tələblərə uyğun bəyan edib-etmədiyini müəyyən etməyə hesablanıb.

Prosesin təfərrüatları açıqlanmır. Bununla belə, parlament üzvlərinin davranış kodeksində göstərildiyi kimi bütün nazirlər, o cümlədən baş nazir parlament mandatına malik olmalıdır, onlar başqaları tərəfindən əsaslı olaraq üzvün hərəkətlərinə təsir göstərə biləcək hər hansı maliyyə maraqları haqqında məlumat verməlidirlər. 

İddia baş nazir Rişi Sunakın həyat yoldaşı Akşat Murtinin "Koru Kids" adlı uşaq baxım şirkətində sahib olduğu payla bağlıdır. Bildirilir ki, parlament komissarı, Krallığın Maliyyə Nazirliyinin mart ayında qəbul etdiyi qərardan, kiçik uşaqları olan ailələrə uşaq bağçalarında pulsuz saatlara zəmanət verən dəstəyin miqdarını artıran qərarından faydalana bilib-bilməyəcəyini araşdırmalıdır.

Hökumət rəhbəri təhqiqatın başlandığını təsdiqləyib və qeyd edib ki, məsələnin şəffaf şəkildə bəyan edildiyini aydınlaşdırmaq üçün komissarlığa köməklik göstərməyə hazırdır.

"Sky News"un məlumatına görə, baş nazir keçən ay Parlament Əlaqələr Komitəsinə yazdığı məktubda müəyyən edilmiş prosedura əməl etdiyinə inandırıb.

"Mətbuatda həyat yoldaşımın "Koru Kids" şirkəti ilə bağlı azlıqda iştirak payı ilə bağlı məlumatların getdiyini müşahidə etdim. Parlamentin protokolları üçün aydınlaşdırmaq istərdim ki, bütün iqtisadi maraqlar Nazirlər Kabinetinin katibliyinə bildirildi", - Sunak məktubunda bildirib.

O, həmçinin əmin edib ki, bu bal haqqında məlumat müvafiq reyestrdə yer alacaq və tezliklə dərc ediləcək.

Tunar Altunbay