Ukrayna ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr vurub?

 19:40 17.04.2023     397

Birləşmiş Ştatlar Vaşinqtonun Kiyevə verdiyi silahların "Rusiya daxilində" zərbələr üçün istifadə edilməsindən narahatlığını ifadə edib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

Pentaqondan verilən açıqlamaya görə, ABŞ Ukraynada münaqişə ilə birbaşa məşğul olmaqda, eləcə də onun üçüncü dünya müharibəsinə çevrilməsində maraqlı deyil.

Vaşinqton hesab edir ki, Ukrayna üzrə danışıqlar hələ qaçılmaz deyil, döyüşlər ən azı bir neçə ay davam edəcək.

Turan İSMAYIL