Britaniya Baltik dənizi üzərində Rusiyanın üç təyyarəsini ələ keçirdi - FOTO

 20:39 17.04.2023     432

Britaniya və Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Eurofighter Typhoon" təyyarələri Finlandiya körfəzi və Baltik dənizi üzərində Rusiyaya məxsus üç hərbi təyyarənin qarşısını alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Hava Qüvvələrinin bazar ertəsi yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, söhbət iki "Su-27" qırıcısının müşayiəti ilə hərəkət edən Rusiya Aerokosmik Qüvvələrinin "İl-20" kəşfiyyat təyyarəsinin tutulmasından gedir.

"Biz tez-tez Rusiya hərbi təyyarələrinin Baltik dənizi üzərində uçduğunu görürük, ona görə də bu, bizim üçün adi ələ keçirmə idi", - Britaniya qırıcılarından birinin pilotu bildirib.

Bəyanatda qeyd edilir ki, "İl-20" ekipajı təhlükəsiz və "peşəkarcasına" hərəkət edib.

Məlumatda həmçinin o da vurğulanıb ki, daha sonra Estoniyanın "Əmari" aviabazasından havaya qalxan Britaniya və Almaniya qırıcıları Rusiya təyyarələrini İsveç Hərbi Hava Qüvvələrinin nəzarətinə təhvil verib. Böyük Britaniya və Almaniyanın hərbi aviasiyası NATO-nun Baltik səmasında təhlükəsizliyin təmin edilməsi üzrə missiyası çərçivəsində martın əvvəlindən birgə uçuşlar həyata keçirir.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Rusiya hərbi təyyarələrinin uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.

Tunar Altunbay