"Ukraynadakı münaqişə Rusiyaya nüvə silahından istifadə etməyə əsas vermir" - Pentaqon

 20:55 17.04.2023     262

Pentaqon hesab edir ki, Ukraynadakı münaqişə Rusiya üçün “ekzistensial təhlükə” yaratmır və buna görə də ona nüvə silahından istifadə üçün əsas vermir.

Redaktor.az xəbər verir ki, bunu bazar ertəsi ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul Amerikanın "Foreign Policy" jurnalına müsahibəsində deyib:

"Rusiya rəsmiləri ilə apardığımız danışıqlarda onlar tez-tez Rusiya Federasiyasının nüvə doktrinasının dəyişmədiyini və nüvə silahından yalnız Rusiya dövləti üçün ekzistensial təhlükə yarandığı halda istifadə edəcəklərini qeyd edirdilər. Biz düşünmürük ki, bu müharibə belə bir təhlükə yaradır".

Kol xatırladıb ki, Ukraynaya yardım göstərməsinə baxmayaraq, ABŞ prezidenti Co Bayden Vaşinqtonun birbaşa münaqişəyə girməsində və onun üçüncü dünya müharibəsinə çevrilməsində maraqlı olmadığını açıq şəkildə bildirir.

Tunar Altunbay