Almaniya Slovakiyaya ikinci “Leopard”ı yolladı

 21:07 17.04.2023     326

Slovakiya Ukraynaya 30 ədəd piyadaların döyüş maşını (PDM) verməsinin qarşılığında Almaniyanın vəd etdiyi 15 ədəd “Leopard 2A4” tankından ikincisini alıb.

Redaktor.az TASS-a istinadla bildirir ki, Slovakiya daha əvvəl Ukraynaya Çexoslovakiyada sovet lisenziyası əsasında istehsal olunan 30 ədəd tırtıllı BMP verib.

İkinci “Leopard 2A4” tankının Slovakiya hərbçilərinə təhvil verilməsi Almaniyada baş tutub.

Digər 13 ədəd “Leopard” ilin sonuna qədər Slovakiyaya göndəriləcək.

Tunar Altunbay