ABŞ-dən Türkiyə üçün F-16 qərarı

 21:19 17.04.2023     404

ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dövlət Departamenti məsələ ilə bağlı Konqresi məlumatlandırıb.

Taktiki məlumat bağlantısı kimi də tanınan Link-16 hərbi radio şəbəkəsi NATO və müttəfiq ölkələr tərəfindən istifadə olunur.

Bu şəbəkə təyyarələr, helikopterlər, dronlar, gəmilər və quru qoşunları arasında taktiki məlumat mübadiləsini təmin edir (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən