Sudanda amerikalı diplomatların avtomobilləri atəşə tutuldu
ABŞ Dövlət katibi Entoni Blinken bazar ertəsi ABŞ-ın Xartumdakı səfirliyinin maşınlarının atəşə tutulduğunu təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə Blinken G7 ölkələrinin xarici işlər nazirlərinin Yaponiyada iclasından sonra keçirilən mətbuat konfransında deyib. .
"Dünən Amerika diplomatik karvanının atəşə tutulduğunu təsdiq edə bilərəm. İnsanlarımızdan heç kim xəsarət almayıb, hamı təhlükəsizdir. Lakin bu, ehtiyatsız, məsuliyyətsiz və son dərəcə təhlükəli bir hərəkət idi",- deyə o qeyd edib.
Blinken hadisənin araşdırıldığını vurğulayıb:
"Bizdə olan ilk məlumatlara əsasən, bunun arxasında Sudan xüsusi təyinatlı qüvvələri dayanır".
Əl-Ərəbiyyə telekanalının daha əvvəl xəbər verdiyi kimi, ABŞ-ın Xartumdakı səfirliyinin zirehli maşını martın 17-də xüsusi təyinatlılar tərəfindən atəşə tutulub.
Kanalın mənbələrinin məlumatına görə, səfirlik maşınına yüzə yaxın güllə atılıb, diplomatlardan heç biri xəsarət almayıb.
Tunar Altunbay