Putin qəfildən Ukraynaya getdi - VİDEO

 09:50 18.04.2023     448

Rusiya prezidenti Vladimir Putin “Dnepr” qoşun qrupunun Xerson istiqamətində yerləşən qərargahına baş çəkib.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.

"Prezident Hərbi Hava Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinskinin, Dnepr qoşunlar qrupunun komandanı, general-polkovnik Oleq Makareviçin məruzələrini dinləyib", - məlumatda qeyd olunub.

Digər hərbi rəhbərlərin də məruzələri dinlənilib.

Daha son Putin "yerli sakinlər"lə şəkil çəkdirib.

Tunar Altunbay