Almaniyada ABŞ-ın zirehli texnikaları toqquşdu - FOTO

 11:38 18.04.2023     253

Almaniyada ABŞ ordusuna məxsus bir neçə hərbi zirehli texnika qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.

Zirehli texnikanın toqquşmasının Almaniyanın Amberq şəhəri yaxınlığında baş verdiyi qeyd edilir. İlkin məlumatlara görə, ən azı 7 nəfər ağır yaralanıb.

Qəzaya hərbi karvandan olan 4 maşının səbəb olduğu məlum olub. Nəşrin məlumatına görə, bu, ABŞ ordusunun zirehli texnikasıdır.

Arzu İSMAYIL

22