“Azərbaycanla əməkdaşlığın böyük potensialı var” - İsrailin xarici işlər naziri

 14:23 18.04.2023     270

“Coğrafi baxımdan İranla sərhəddə yerləşməsi Azərbaycan ilə İsrail arasında əlaqələri çox mühüm edir və bu münasibətlər üçün böyük potensial yaradır”.

Redaktor.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen Bakıya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Kohen əlavə edib ki, Azərbaycana səfəri zamanı o, iki ölkə arasında iqtisadiyyat, ticarət, müdafiə, enerji və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsini davam etdirmək niyyətindədir.

Xatırladaq ki, İsrail Xarici İşlər Nazirliyinin rəhbəri bu gün Bakıya üç günlük səfərə gələcək (report)

.