Zelenski döyüşən əsgərlərin yanına getdi - VİDEO

 16:45 18.04.2023     441

Ukrayna Prezidenti Volodimir Zelenski ön xəttə gedib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident Zelenskinin "Facebook" hesabında məlumat verilib.

"Avdeyevka. Ukrayna müdafiəçilərinin cəbhə mövqeləri. Bu gün burada olmaqdan qürur duyuram. Dəniz piyadalarının, hava-desant hücumunun əsgərləri, mexanikləşdirilmiş və artilleriya bölmələrimizin yanında. Qəhrəmanlarımızın yanında", - Zelenski paylaşımında qeyd edib.

O, ön cəbhədə Ukrayna müdafiəçilərini Pasxa bayramı münasibəti ilə təbrik edərək deyib:

"Sizə hər bir ukraynalıya arzu etdiyim kimi yalnız qələbə arzulayıram. Bu bizim hamımız üçün çox vacibdir. Hamınıza və hər birinizin ailəsinə cansağlığı arzulayıram. Hər gün keçdiyiniz uzun yola görə hər bir ukraynalı adından sizə ürəkdən təşəkkür edirəm”.

Tunar Altunbay