Xersonda mülki şəxslərin qayıqları müsadirə edildi

 20:32 18.04.2023     329

Xerson vilayətinin başçısı vəzifəsini icra edən Volodimir Saldo bölgədəki mülki qayıqların orduya verilməsi üçün onları ələ keçirməyi əmr edib.

Redaktor.az xəbər verir ki,  bu barədə o,  regional hökumətin iclasında deyib.

"Keçən həftə mən ordumuza lazım olan mümkün sayda kiçik qayıqların toplanması əmrini verdim", - Saldo bildirib.

O əlavə edib ki, tədbirlər hərbi vəziyyətlə bağlı Rusiya qanunvericiliyi çərçivəsində həyata keçirilib.

Həmçinin Saldonun sözlərinə görə, istehsal vasitəsi olduğu rekvizisiya edilmiş qayıqların sahibləri “müəyyən vaxtdan” sonra vilayət administrasiyasından təzminat ala və əmlakı tam geri ala bilərlər.

Bundan əvvəl Saldo bildirib ki, Xerson vilayətinin sağ sahilində Ukrayna hakimiyyəti Dnepr çayını mümkün keçmək üçün Ukrayna Silahlı Qüvvələrinin xeyrinə dinc sakinlərdən qayıqları müsadirə edilir.

Tunar Altunbay