İsveçdən rusları üzəcək xəbər - Araq satmaqdan imtina etdilər

 21:20 18.04.2023     329

İsveç bundan sonra premium "Absolut" arağını Rusiyaya satmayacaq.

Redaktor.az xəbər verir ki, bu qərar istehsalçı şirkət tərəfindən bu tədarüklərə başlamaq planlarını açıqladıqdan bir həftə sonra qəbul edilib.

"Reuters"in yazdığına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində İsveçin "The Absolut" şirkəti öz məhsullarının Rusiyaya çatdırılmasını dayandırıb.

Bununla belə, keçən həftə məlum olub ki, şirkət “yerli işçiləri dəstəkləyə biləcək və yerli müəssisələrin iqtisadi dayanıqlığını təmin edə biləcək miqdarda” tədarükləri bərpa etmək qərarına gəlib.

Bundan sonra İsveçin daxilindəşirlətə qarşı təzyiq başladığı üçün, istehsalçı şirkət geri çəkilməyə məcbur olub.

Tunar Altunbay