"İnternetə sızan bəzi sənədlər həqiqətə uyğun deyil" - Stoltenberq

 23:08 18.04.2023     431

İnternetə sızma nəticəsində Pentaqonun bəzi məxfi sənədləri reallığa uyğun gəlmir.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə axşamı CNN telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib:

"Biz hamımız gördük ki, bu sızıntıların bəziləri həqiqətə uyğun deyil və manipulyasiya edilir. Mən onların NATO müttəfiqlərinin Ukrayna ilə bağlı etdiklərinə təsir edəcəyini düşünmürəm".

Bundan əvvəl Amerika KİV-ləri Pentaqon və ABŞ Ədliyyə Nazirliyinin Vaşinqton və NATO-nun Ukrayna Silahlı Qüvvələrini əks-hücum əməliyyatına hazırlamaq planlarına aid məxfi sənədlərin sızması ilə əlaqədar araşdırmaya başladığını yazıb.

“Twitter” və “Telegram”da silahların tədarükü cədvəlləri və qoşunların sayı barədə məlumatları açıqlayan çoxsaylı materiallar yerləşdirilib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən