Finlandiyada Rusiyaya məxsus mərkəzə həbs qoyuldu

 23:30 18.04.2023     276

Finlandiya hakimiyyəti Aİ-nin sanksiyalarına görə Helsinkidə Rusiya Elm və Mədəniyyət Mərkəzinin (RCSC) binasını, eləcə də onun yerləşdiyi torpaq sahəsini həbs edib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, bu aktivlərə məhdudiyyətlərin tətbiqi barədə qərar dövlət məhkəmə icraçıları tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar bir həftə əvvəl qəbul edilib.

"Həbs müddətində Rusiya və onun strukturlarına sahəsi 3,3 min kvadratmetrdən çox olan bu əmlakı təhvil vermək, məhv etmək və ya girov qoymağa icazə verilmir",- məlumatda qeyd edilib.

Aprelin əvvəlində Finlandiya mətbuatı hakimiyyət orqanlarının RCSC-nin bank hesablarını və digər aktivlərini dondurması barədə məlumat yayıb.

Tunar Altunbay