ABŞ-ın hər an aldatmaq qabiliyyəti var - Lavrov

 09:02 19.04.2023     318

ABŞ hər an aldada bilər və bunu hamı yaxşı bilir.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov venesuelalı həmkarı İvan Gil ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“ABŞ öz vədlərini və təkliflərini yerinə yetirmir. Ona görə də biz ən güclü qanunsuz sanksiyalara məruz qalan venesuelalı dostlarımızın mövqeyini tam dəstəkləyirik. Biz mümkün olan hər şeyi edəcəyik ki, Venesuela iqtisadiyyatı ABŞ-ın və ya Qərb düşərgəsindən olan digər oyunçuların şıltaqlıqlarından və geosiyasi oyunlarından getdikcə daha az asılı olsun”, - Lavrov mətbuat konfransında deyib.

O, həmçinin Rusiyanın tətbiq edilən sanksiyalarda “dünya çempionu” kimi təcrübəsinin Venesuelaya faydalı olacağına əminliyini ifadə edib. Öz növbəsində İvan Xil həm ölkəsinə, həm də Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin oxşarlığını qeyd edib.

Gil vurğulayıb ki, ABŞ və Avropa bütün sanksiyalar aradan qaldırılmayana qədər normal diplomatik münasibətlər gözləməyə bilər.

“Birləşmiş Ştatlar sistematik olaraq iqtisadiyyatımıza hücum edir, onu boğmağa çalışır. Eyni zamanda, Venesuela arasında dialoqun yaxşılaşdırılması imkanlarından danışırlar. Amma biz sanksiyaların yumşaldılmasını görməmişik. Bizim Rusiya kimi başqa müttəfiqimiz yoxdur”, - Venesuela xarici işlər naziri bildirib.

Turan İSMAYIL