Cənubi Koreya Ukraynaya silah göndərəcək

 09:56 19.04.2023     430

"Ölkənin mülki əhalisi üçün ciddi təhlükə yaranarsa, Koreya Respublikası Ukraynaya silah tədarük etməyə başlaya bilər."

Redaktor.az xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Cənubi Koreya prezidenti Yun Suk Yol deyib.

"“Ukraynada mülki şəxslərə qarşı genişmiqyaslı hücumlar və ya müharibə qanunlarının ciddi şəkildə pozulması halında beynəlxalq ictimaiyyətin dözə bilməyəcəyi bir vəziyyət yaranarsa, o zaman Kiyevə humanitar və ya maliyyə yardımı olacaq”,- o bildirib.

Müsahibəsində Cənubi Koreya lideri ilk dəfə olaraq Ukraynaya silah ötürülməsinin mümkünlüyündən danışıb.

Onun sözlərinə görə, onun ölkəsi Ukraynanın müdafiəsi və yenidən qurulmasında kömək etmək üçün müxtəlif yollar araşdırır.

Prezident bildirib ki, belə bir halda beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq müdafiə və yenidənqurma üçün yardımın məbləğində heç bir məhdudiyyət olmayacaq.

O əlavə edib ki, Koreya Respublikası münaqişə tərəfləri ilə münasibətləri və döyüş meydanındakı hadisələri nəzərə alaraq "ən uyğun tədbirləri" görəcək.

Xatırladaq ki, rəsmi Seul Kiyevə indiyədək silah və sursat göndərməsə də, humanitar yardım, o cümlədən dəbilqə və zireh kimi hərbi əşyalar çatdırıb.

2022-ci ilin noyabrında “The Wall Street Journal” öz mənbələrinə istinadən yazıb ki, Koreya Ukraynaya göndərmək üçün ABŞ-a 100 min artilleriya mərmisi satacaq.

Tunar Altunbay