“Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam” - Hacı Əliyev

 10:30 19.04.2023     288

“Mənim üçün vacib qələbə və medal idi. Çünki Azərbaycan güləş tarixinə düşdüm. Yeganə güləşçiyəm ki, 4 dəfə qitənin ən güclüsü olmuşam”.

Redaktor.az xəbər verir ki, bu Dünya Güləş Birliyinin rəsmi saytına müsahibəsində ötən gün 70 kq çəkidə Avropa çempionu olan Hacı Əliyev deyib. 

Təcrübəli güləşçimiz qələbəsindən və gələcəyindən danışıb: “Paris Olimpiadası mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam”.

H.Əliyev 32 və 34 yaş arasında ciddi fərq olmadığını da sözlərinə əlavə edib: “Olimpiadalarda gümüş və bürünc medal qazanmışam. Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir".