Rusiyada müxalifət liderini həbsxanada döydülər

 10:57 19.04.2023     367

Rusiyada müxalifətçi Aleksey Navalnı həbsdə olduğu koloniyada döyülüb. bu azmış kimi, ona qarşı yeni cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Vadim Kobzev məlumat verib.

İddia olunur ki, koloniyanın əməkdaşları müxalifətçiyə qarşı təxribat törədiblər – onun kamerasına bomj kamera yoldaşı yerləşdirilib.

"Kamerada elə qoxu var idi ki, ora daxil olmaq mümkün deyildi. Navalnı kameraya daxil olmaqdan imtina edib və administrasiyaya ona qarşı təxribat olduğunu bildirib",- Kobzev bildirib.

Vəkil iddia edir ki, məhbuslar Navalnı zorla kameraya sürükləyiblər. Üstəlik, müxalifətçi müqavimət göstərməsə də, mühafizəçilərdən biri onun qasıq nahiyəsinə dizi ilə vurub.

“Bir dəfə kamerada olan Navalnı kamera yoldaşına qarşı zorakılıq tətbiq etməyib, lakin onun yaxasından tutub çıxışa qədər sürükləyib. Bu hadisədə iştirak edən koloniya rəhbərliyi indi müxalifətçiyə qarşı koloniyanın fəaliyyətini pozma maddəsi ilə yeni cinayət işinin açılacağını sevinclə elan edib. Bunun üçün 5 ilə qədər həbs cəzası verirlər.”,- vəkil yazıb

Vəkilin sözlərinə görə, bundan sonra koloniya rəisləri həmin bomju özləri ilə apararaq sənədləşmə işləri aparmağa gediblər”.

Aleksey Navalnı uzun müddət Rusiya müxalifət hərəkatının qeyri-rəsmi lideri olub. 2020-ci ildə FSB hətta onu zəhərləməyə cəhd etsə də, lakin müxalifət möcüzəvi şəkildə sağ qalıb.

2021-ci ilin qışında Rusiya hakimiyyəti rəsmi bəhanə ilə Navalnı 2 il səkkiz ay müddətinə həbsxanaya göndərib. Ötən il müxalifətçi böyük fırıldaqçılıqda ittiham olunaraq daha 9 il azadlıqdan məhrum edilib.

Bu ilin martında Amerika Kino Akademiyası Aleksey Navalnı haqqında çəkilmiş sənədli filmə Oskar mükafatı verib.

Tunar Altunbay