Sərvər Əminə Ərdoğanın verdiyi iftarda belə alqışlandı - VİDEO

 21:36 19.04.2023     790

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın iftar süfrəsinə azərbaycanlı Sərvər Bəşirli də dəvət olunub.

Redaktor.az xəbər verir ki, iftar süfrəsində zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn həmvətənəmiz barəsində danışılıb, qonaqlar onu bu jestinə görə alqışlayıblar.

Həmin anın görüntülərini təqdim edirik:

***

Türkiyənin birinci xanımı Əminə Ərdoğan fevralın 6-da dəhşətli zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində könüllülər və zəlzələdən zərərçəkmiş şəxslər üçün iftar süfrəsi açıb.

Redaktor.az “Anadolu”ya istinadən bildirir ki, tədbirdə özünün köhnə avtomobili ilə Türkiyəyə yardım daşıyan azərbaycanlı Sərvər Bəşirli də iştirak edib.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat S.Bəşirlinin gördüyü işlər barədə məlumat verib.

O həmçinin xatırladıb ki, Qarabağın 30 illik işğalı dövründə insanlar çadırlarda yaşamağa məcbur olublar: “Əslən Laçın rayonundan olan Sərvər Bəşirli də çadırda yaşayıb. O, zəlzələdən dərhal sonra evdəki yorğanları özünün 1981-ci il istehsallı avtomobilinə yükləyib və yardıma tələsib. Evə qayıdanda artıq hər kəs ondan danışırdı”.

S.Bəşirli dəvətə görə təşəkkürünü bildirib. O, çıxışı zamanı bir daha faciənin baş verməməsini arzulayıb.

İftar süfrəsində ictimai şəxslər, jurnalistlər də iştirak ediblər.

2