Qırğızıstan da rus əlifbasından imtina edir

 15:11 19.04.2023     381

Qırğızıstan dövlət dilinin latın qrafikasına keçid variantlarını hazırlayır.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev jurnalistlərə deyib.

Osmonaliyev, belə bir qərar veriləcəyi təqdirdə qırğız dilini kiril əlifbasından latın əlifbasına çevirməyə hazır olduqlarını açıqlayıb:

“Əgər siyasi qərar qəbul edilərsə, biz hazırıq, bir neçə variant hazırlanır”.

Osmonaliyev Qırğızıstanda 1993-cü ildən indiyə qədər latın əlifbasına keçid cəhdlərinin edildiyini xatırladıb.

Xatırladaq ki, Qırğızıstan Konstitusiyasına uyğun olaraq, rus dili rəsmi dil statusuna malikdir və ölkə ərazisində kiril əlifbası əsasında yazıdan istifadə olunur (apa).