ABŞ-ın müdafiə nazirindən İsveçin NATO-ya üzvlüyü barədə AÇIQLAMA
ABŞ İsveçin NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində artıq alyansın üzvü kimi iştirak edəcəyinə ümid edir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin isveçli həmkarı Pol Consonla görüşdə deyib.
"Biz hamımız ümid edirik ki, bu yay Vilnüsdə bizimlə eyni masada çox bacarıqlı bir İsveç oturacaq" - o, bildirib.
Xatırladaq ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləmədiyi üçün bu ölkə alyansa qəbul edilə bilmir.
Turan İSMAYIL