Litva və Estoniyadan Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ÇAĞIRIŞ

 19:03 19.04.2023     282

İyulda Vilnüsdə keçiriləcək NATO sammiti Kiyevin NATO-ya doğru irəliləməsi ilə bağlı Ukraynaya aydın siqnallar göndərməlidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Vilnüsdə səfərdə olan Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildiriblər.

“NATO sammitində biz Ukraynanın NATO üzvlüyünə yaxınlaşması istiqamətində nəzərəçarpacaq irəliləyiş nümayiş etdirməliyik”, - Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Onlar Ukrayna ilə NATO arasında siyasi tərəfdaşlığın möhkəmlənməsini nümayiş etdirməyi zəruri hesab edirlər. "Ukraynanın NATO-nun strukturlarına və proseslərinə mümkün qədər yaxından cəlb edilməsi arzuolunandır", - mesajda deyilir.

Xatırladaq ki, aprelin əvvəlində Litva Seymi (parlamenti) NATO sammitinin Ukraynanı alyansa tamhüquqlu üzv kimi qoşulmağa dəvət etməsi barədə qətnamə qəbul edib.

Turan İSMAYIL