Taliban minlərlə məhbusu azadlığa buraxdı

 19:46 19.04.2023     412

Əfqanıstanda hakimiyyətə gələn radikal “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə müsəlmanların müqəddəs Ramazan ayının başa çatması və Fitr bayramının yaxınlaşması münasibətilə 2460 məhbusun azadlığa buraxılması barədə göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Əfqanıstanın Ali Məhkəməsi məlumat yayıb.

“Möminlərin Ali Rəhbərinin göstərişi və Baş Hakiminin əmri ilə amnistiyaya əsasən ölkədəki bütün həbsxanalardan 2460 məhbus azadlığa buraxılır”,- deyə məhkəmənin tvitter səhifəsində bildirilib.

Fərmanla daha 471 məhbusun cəza müddəti də azaldılıb.

Aprelin 18-də Taliban lideri Ramazan bayramı münasibəti ilə müraciət edərək, xüsusilə Əfqanıstanın başqa ölkələrin daxili işlərinə qarışmaq niyyətində olmadığını və digər ölkələrin də müdaxilə etməsində israr etdiyini bildirən bir mesajla çıxış edib.

Axundzadə həmçinin Taliban rəsmilərini ədalətli davranmağa və hər cür ayrı-seçkilikdən çəkinməyə çağırıb.

Tunar Altunbay