"İtaətsizliyə görə edam edirlər" - Ukraynada əsir düşmüş "vaqnerçi" - VİDEO

 20:10 19.04.2023     337

Ukrayna xüsusi təyinatlıları Rusiyanın "Vaqner" muzdlularından birini əsir alıb. Söhbət zamanı işğalçı etiraf edib ki, muzdlular arasında əmrə tabe olmayanları yerindəcə güllələyirlər.

Redaktor.az Ukraynanın Operativ Silahlı Qüvvələrinin Telegram kanalına istinadən bildirir ki, terrorçu “Vaqner”in bütün muzdlularını yalnız bir məqsəd birləşdirdiyini deyib:

"Hamımızın bir məqsədi var. Bizi puldan başqa heç nə birləşdirmir. Bizə deyilib ki, istənilən itaətsizliyə görə edam olacaq".

Tunar Altunbay